Search
100020

Olimpiya Stadionunun illik xərci nə qədərdir ?

Son zamanlar toy şənliklərinə ev sahibliyi etməklə gündəmə gələn 68700 tamaşaçı tutumlu, UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilərək tikilən, AFFA-nın balansında olan Bakı Olimpiya Stadionunun aylıq cari xərcləri orta hesabla 200 min manat, illik xərcləri isə 2-3 milyon manat edir.

Bu haqda iqtisadçı Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, bu, stadionun saxlanılması üçün xərclərin orta məbləğini ifadə etsə bütövlükdə xərclər onun iş yükü, tədbirlərin keçirilmə intensivliyi, mövsümi amillərə görə dəyişir:

“İdman infrastrukturunun təyinatına uyğun istifadə olunması sahəsində çətinliklərlə üzləşən stadion rəhbərliyi özünümaliyyələşdirmə mexanizminə keçid üçün səylər göstərsə də, hələ ki xərclərin maliyyələşdirmə sxemində və mənbələrində ciddi dəyişikliklər müşahidə olunmur”.

Qeyd edək ki, fiziki və mənəvi aşınmaya görə aylıq saxlanma xərcləri müntəzəm olaraq artan Bakı Olimpiya Stadionu n 4 ildən sonra AVRO-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsinə ev sahibliyi edəcək.

Mənbə: Modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir