Search
265957

Nissan Juke-dan ilk onlar xəbər tutdular.

Bu ilin martında Cenevrə avtosalonunda təqdim edilmiş yenilənmiş Nissan Juke modelinin qiyməti Böyük Britaniyada açıqlanıb. Avtomobil iyunda artıq satışa çıxmalıdır.

kreditxəbər 4charx.com-a istinadən bildirir ki, Juke baza versiyasının qiyməti £13 420 başlayır. Bu 94-güclü ön ötürməli və mexaniki ötürücü qutu ilə təchiz edilmiş versiyadır. Standart təchizata 16 düym ölçülü təkər diskləri, kondisioner, qabaq və arxa şüşəqaldıranlar, ABS, ESP, 6 ədəd təhlükəsizlik yastığı, şinlərdə təzyiqi göstərən məlumatverici və gündüz hərəkət işıqları daxildir.
190-güclü variatorlu mühərrik və tam ötürmə sistemi ilə versiya isə alıcılara £22 670 başa gələcək.
Avropada yenilənmiş Nissan Juke 115-güc1ü 1,2 litr həcmli benzin və 110 a.g. olan 1,5 litr həcmli dizel mühərrikləri ilə də təchiz ediləcək.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir