Search
WEB_0216_CoverStory_Image1

Neftin qiyməti düşüb

Neft, ABŞ-da neft ehtiyatlarının artmaqda davam etməsi və 80 ildən uzun müddətin ən yüksək səviyyələrində qalmaqda davam etməsinin ardından ucuzlaşıb.

Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ardıcıl yeddinci həftə də artaraq 534.8 milyon barrelə çıxıb. Neft idxalı və istehsalı isə azalıb.

Neft bu ilin Yanvarında son 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, ABŞ-da istehsalın azalması ilə bu ay 13 faiz dəyər qazanmışdı. Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela Fevral ayında, hədsiz hasilatı azaltmaq məqsədilə, digər istehsalçıların da iştirak etməsi vəziyyətində, neft hasilatını Yanvar ayı səviyyəsində dondurmaq məsələsində razılaşıblar.

Analitiklər neftbazalarda yüksək ehtiyatlar səbəbindən neftin yaxın zamanda bahalaşmayacağını bildirirlər.

Qərbi Texas nefti (WTI), Nymex birjasında 0,6% düşərək bareli 37.86 dollara qədər enib.

Brent nefti isə, Londonda ICE Futures Europe birjasında 0.8 faiz düşərək bareli 38.93 dollara geriləyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir