Search
mugan bank

“Muğanbank”ın müştərisi 250 min dolları israf edib

“İ.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun qanunsuzluqlara yol verməsi barədə “Muğanbank” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı “İ.R.” MMC-nin direktoru Mirdamət Əsgərovun qulluq mövqeyindən istifadə etməklə “Muğanbank” ASC tərəfindən verilmiş 250 min ABŞ dolları məbləğində krediti təyinatı üzrə istifadə etməyərək israf etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir