Search
mugan_bank_301112_2

“Muğanbank” növbəti dəfə nüfuzlu mükafatla təltif olundu

Avropa Yenidənqurma və İnkişaf Bankının (“AYİB”) Azərbaycanda 2015-cü ildəki fəaliyyətinə dair hesabatına əsasən “Muğanbank” ASC ardıcıl olaraq üç ildir ki, ticarətə yardım sahəsindəki nailiyyətlərinə görə AYİB-in Azərbaycanda Ən Fəal Emitent Bank mükafatına layiq görülür. Mükafat AYİB-in 11-12 may 2016-ci il tarixlərində London şəhərində keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutmuş təntənəli mərasimdə AYİB-in Maliyyə İnstitutları üzrə direktoru NikTesseyman tərəfindən “Muğanbank” ASC-nin İdarə Heyətinin Sədri Elmir Həsənova təqdim olunmuşdur.

“AYİB-ə bankımıza göstərdikləri etimad və diqqətə görə təşəkkürümüzü bildiririk. 10 il ərzində məhsuldar əməkdaşlığımız sayəsində biz Azərbaycanın maliyyə xidmətləri bazarında həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etmişik. Bu müddət ərzində qarşılıqlı faydalı əməkdaşlıq bankımızın inkişaf tempini sürətləndirmişdir. AYİB kimi tərəfdaşımızın olmasından qurur duyur və əminliklə bildiririk ki, əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcəkdir.” –deyə Elmir Həsənov qeyd etmişdir.

Əməkdaşlığın ilk günlərindən AYİB  bir sıra təlim və seminarları vasitəsilə bankda biznes-proseslərin qurulmasında, əməkdaşların texniki biliklərinin artırılmasında öz köməyini əsirgəməmişdir. Bütün bu addımlar dəyərli töhfə olmaqla tərəflər arasında gələcək uğurlu əməkdaşlığın təminatıdır.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 8 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusinessCapital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), TheGreenforGrowthFund, SoutheastEurope (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir