photo_81075

“Mikki Маus”un şərəfinə sikkə buraxılacaq – FOTOLAR

Paris sikkəxanası dünyada ən məşhur cizgi filmi siçanlarının obrazını əbədiləşdirmək üçün sikkələr seriyası buraxır. Beş sikkədən ibarət seriyada 90 il əvvəl ilk dəfə ekranlarda göründüyü andan indiyədək cizgi filmi qəhrəmanının keçdiyi dövr əks olunub.

Kolleksiya iki gümüş və üç qızıl sikkədən ibarətdir. Sikkənin avers hissəsində cizgi filminin bəzi yaddaqalan kadrlarından tanış səhnələr təsvir olunub. Revers hissədə isə Mikkinin silueti, sol qulağında sikkənin buraxılış ili və nominalı göstərilib.

Sikkələr 10, 50, 200 və 500 avro nominallarında təqdim olunub. 50 avro nominalında olan sikkələr gümüş və qızıldan buraxılacaq. 536 avro dəyərində olan 50 və 2130 avroya olan 200 avro nominalında qızıl sikkələr sifarişlər üçün artıq hazırdır. Gümüş sikkələr isə tezliklə satışda olacaq.

“Mikki Маus”un şərəfinə sikkələr seriyasını buraxılacaq

“Mikki Маus”un şərəfinə sikkələr seriyasını buraxılacaq

“Mikki Маus”un şərəfinə sikkələr seriyasını buraxılacaq

“Mikki Маus”un şərəfinə sikkələr seriyasını buraxılacaq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir