Search
97729.e7751a6e9e53749c8a608b0e110086cb

Metals Fokus: Qızıl 1,350 dollar ola bilər

Baş ofisi Londonda yerləşən Metals Fokus Ltd. araşdırma şirkətinə görə, qızılda ayı bazarı sona çatacaq, qiymətli metalın unsiyası 1,350 dollara qalxacaq.

Şirkət, “mərkəzi banklara olan inam sarsıldı və qlobal miqyasdakı mənfi faizlərə dair getdikcə artan narahatlıqlar var”,-deyə qeyd edib.

Metals Fokus, dolların yuxarı istiqamətinin məhdud olması və ABŞ-da faiz artırımının yavaş bir tempdə baş tutacağı səbəbindən, investorların qızıla yönəlmələrinin gələcək aylarda da davam etdəcəyini qeyd edib. Şirkət mədənlərdən qızıl hasilatının da azalacağını bildirib.

Qızıl ilin əvvəlindən bu yana 16 faiz dəyər qazanıb. Bakı vaxtı ilə 13:30-da qızılın unsiyası 1233.77 dollardan alıcı tapıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir