Search
cbar_az_070514

Mərkəzi Bankın rəsmi internet səhifəsində interaktiv sorğu platforması istifadəyə verilib

Mərkəzi Bankın rəsmi internet səhifəsində azərbaycan və ingilis dillərində yeni sorğu platforması istifadəyə verilib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu xüsusi səhifə geniş ictimaiyyətə, institusional çevrələrə Mərkəzi Bankın fəaliyyəti ilə bağlı ünvanlanan müxtəlif mövzularda sorğuların interaktiv rejimdə keçirilməsinə imkan verəcək.

Bu sorğular Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə dair rəy və münasibətlərin daha ətraflı öyrənilməsinə, eyni zamanda cəmiyyətin maliyyə savadlılığının yüksəlməsinə xidmət göstərməklə Bankın missiyasının daha səmərəli həyata keçirilməsinə kömək edəcəkdir.

İlkin olaraq sorğu platformasında Mərkəzi Bankın funksional məsələlərinə dair suallar təqdim olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir