Search

Mənbə: Azərbaycanın iri bankının sistemi işini dayandırmayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) informasiya sisteminin işi dayanmayıb. Bunu çərşənbə günü Trend-ə bankdakı mənbə deyib.

Bəzi KİV-lər daha əvvəl məlumat veriblər ki, bankın elektron məlumat bazasında texniki problemlər AMB-nin bank və filiallarının fəaliyyətinin dayanmasına səbəb olub.

Mənbə bildirib: “Bank işini dayandırmayıb və davam etdirir. Sistemdə yaranmış problemlər xidmət göstərilməsində yubanmalara gətirib çıxarıb. Bankın müvafiq xidmətləri bunun üzərində işləyir”. O əlavə edib ki, problem günün sonunadək tam aradan qaldırılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir