Search
manatbankdollar-e1451291160848

Manata inam azalıb

Son 1 ildə Azərbaycanda dollar əmanətlərinin ümumi əmanətlərdə payı 2 dəfədən çox artıb. Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin yanvar ayının yekununda əhalinin banklarda 8 milyard 643,3 milyon manat əmanəti olub. Bunun isə 83,5%-i və yaxud 7 milyard 221,3 milyon manatı xarici valyutada, o cümlədən dollarda yerləşdirilib.

Halbuki, 1 il bundan əvvəl əmanətlərin cəmi 40%-i dollarda olub. Belə ki, 2015-ci ilin yanvar ayının yekununda banklara 7 milyard 121,3 milyon manat əmanət qoyulub. Bunun isə cəmi 2 milyard 845 milyon manatı milli valyutada olmayıb.

Dollar əmanətlərinin payının kəskin artması Azərbaycanda manatın 2 dəfə devalvasiyaya uğraması ilə əlaqədardır. Milli valyutaya inam zəiflədiyindən əmanətlər kütləvi şəkildə manatdan dollara çevrilib. Elə bu amil də əmanətlərin manatla ifadədə artmasını şərtləndirib – son 1 ildə əmanətlər 21% artıb. Baxmayaraq ki, dollarla ifadədə əmanətlər 9 milyard dollardan 5,5 milyard dollara qədər azalıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir