Search
horoskop

MALİYYƏ HOROSKOPU – Maliyyə perspektivlərinizi aydınlaşdırın!

Qoç Bürcü

(21.03 – 19.04)
Doğru düşünmək, lazım olan zaman danışmaq, düzgün addımlar ataraq işləri yoluna qoymaq kimi, bacarığınız Sizə gəlir və rahatlıq gətirəcək. Kənardan təsir etmək istəyənlər hər zaman adekvat olmayacaqdır.
Buğa Bürcü

(20.04 – 20.05)
Əsas mövzunun “PUL” olduğu görüşlərdə və rəsmi sənədlərdə nümayiş etdirdiyiniz peşəkarlığınızla fəxr edə bilərsiniz. Hormoniya və şəxsi rahatlıq işgüzar danışıqlarda – şəxsi biznes planında əsas element olmalıdır.
Əkizlər Bürcü

(21.05 – 21.06)
Çevikliyiniz maliyyə uğurunuzun təminatıdır. Yaxşı iş və yaxşı istirahət qane olacağınız gəliri əldə etməyinizə imkan yaradacaq. Bir çox işlərin bünövrəsi bu həftə baş verəcək hadisələrdən asılı olacaq.
Xərçəng Bürcü

(22.06 – 22.07)
Yorğunluq olmasa da, əsəbilik və xəbərdarlıqları inkar etmək kimi vəziyyət müşahidə olunacaq. Tərəfdaşlarınızın resursları əhəmiyyətli şəkildə vəziyyətə hakimlik edəcək. Ehtiyatlı olun, həddindən artıq gərginlik Sizin səhhətinizə mənfi təsir göstərə bilər.
Şir Bürcü

(23.07 – 22.08)
Dostlarınızın, xüsusilə də, rəfiqələrinizin resurslarını rahat və asanlıqla idarə edə biləcəksiniz. Köhnə razılaşmaların şərtlərini yeniləyərək, faydalı dəyişikliklər etmək olar. Bu həftə Sizi ezamiyyətlər və yeni tərəfdaşlıqlar gözləyə bilər.
Qız Bürcü

(23.08 – 22.09)
“Vəziyyətdən xilas etmək” kimi məqsədiniz varsa, bu zaman uğur Sizin tərəfinizdə olacaq. Ancaq 11 fevral tarixindən sonra uğur Sizdən yan keçə bilər. Rəqiblərinizin gizli hərəkərləri, yaranan problemlər öz mövqeyinizi fəal şəkildə müdafiə etməyinizə mane olacaq.
Tərəzi Bürcü

(23.09 – 23.10)
Bu həftə, xüsusilə, 8 – 12 fevral tarixləri arası yaradıcılıq işlərinizdə ünsiyyət zamanı çətinlik və soyuqluğun yaranmaması üçün diqqətli olmalısınız. Kollektiv arasında da xoşagəlməz hadisələr baş verə bilər. Odur ki, sülhməramlılıq rolunu öz üzərinizə götürməlisiniz. 13 fevral tarixindən sonra vəziyyət stabilləşəcək, yeni gəlir imkanlarının yaranması istisna edilmir.
Əqrəb Bürcü

(24.10 – 22.11)
8 fevral tarixində kolleqalarınız arasında imicinizə mənfi təsir göstərə biləcək, Sizə əks çıxan və paxıllıq edən insanlar peyda ola bilər. Baxmayaraq ki, onlar karyeranıza təsir etməyəcək, ancaq Sizi əsas məqsədinizdən yayındıra bilərlər. Bundan əlavə, uzaq görənliliyinizin olmaması, risk etməyə meyilli olmağınız və düşünülməmiş addımlar atmağınız Sizi çətin vəziyyətlərə sala bilər.
Oxatan Bürcü

(23.11 – 21.12)
Bəxtinizin gətirməsi ilə düzgün kapital qoyuluşları etmək, insan və maliyyə resurslarını doğru müəyyən etməyiniz Sizə uğur gətirə bilər.
Oğlaq Bürcü

(22.12 – 19.01)
8-dən 12 fevral tarixinə kimi ətrafdakılarla ünsiyyətiniz zamanı gözləmədiyiniz vəziyyətlə üz-üzə qala bilərsiniz. Yalan və yanlış fikirlərin qurbanı ola bilərsiniz. Buna baxmayaraq, məişət problemləri əlavə və planlaşdırılmamış maliyyə yatırımları tələb edə bilər.
Dolça Bürcü

(20.01 – 18.02)
8-dən 12 fevral tarixinədək tanışlarınızla münasibətlərdə gərginlik yaşana bilər. Bu period, həmçinin imtahan vermək və öz elmi və maliyyə ideyalarınızı PR etmək üçün də münasib olmaya bilər. Nəzərə alın ki, həddidən çox qətiyyətli olmağınız, bir çox köhnə işgüzar və sevgi münasibətlərinə xələl gətirə bilər.
Balıq Bürcü

(19.02 – 20.03)
12 fevral tarixinə qədər öz yanlış fikirlərinizin ucbatından münaqişələrin yaranacağı istisna olunmur. Baş verənlər tam aydın olmadığı müddət ərzində Siz yaxınlarınızın əhatəsində qala bilərsiniz. Ayın 13-dən sonra həyatınızda çox mürəkkəb bir dövr başlayacaq ki, bu dövrdə köhnə problemlərin dərinləşməsi öz baxış bucağınızı, fikirlərinizi və hətta dünya görüşünüzü dəyişməyə məcbur edə bilər. Ehtiyatlı davranmaq lazımdır, çünki yanlış atılmış addımlar, etibar etdiyiniz insanların uğur və karyerasına mənfi təsir göstərə bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir