Search
trend_robert_cekuta_060416

Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ-nın səfiri ilə görüş keçirilmişdir

29 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş keçirilmişdir. Bu barədə Banknews-a Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidməti məlumat vermişdir.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə sıx əməkdaşlıq  əlaqələrinin olduğunu xüsusi qeyd etdi. R.Aslanlı ölkənin maliyyə bazarlarının mövcud vəziyyəti barəsində danışaraq, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər fonunda  bu sahədə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verdi. Palata sədri  böyük təcrübəyə malik nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycan Hökuməti tərəfindən qısa müddət ərzində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta maliyyə sisteminin gücləndirilməsi istiqamətində beynəlxalq təcrübə və expertizadan faydalanmaq imkanlarından danışdı. R.Sekuta tərəqiyyə doğru irəliləyişin əldə edilməsi və maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində daha geniş və dərin iqtisadi inkişafa təkan verəcək əməkdaşlıqda maraqlı oluqlarını vurğuladı.

Sonda tərəflər arasında inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir