Search
Maliyyə-nazirliyi-451x280

Maliyyə Stabilliyi Şuraları – Beynəlxalq Təcrübədə

15 iyul 2016-cı il tarixində Azərbaycanda ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurası yaradılıb.

Şuraya baş nazir rəhbərlik edir. Bundan əlavə Şuranın tərkibində aşağıdakı qurumlar və şəxlər təmsil olunur:

  • Prezident Administrasiyası (Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi);
  • Maliyyə Nazirliyi;
  • İqtisadiyyat Nazirliyi;
  • Azərbaycan Mərkəzi Bankı;
  • Maliyyə Bazarlarına Nəzarət Palatası;
  • Azərbaycan Dövlət Neft Fondu.

Bəs beynəlxalq təcrübədə bu qurumlar nə vaxtdan fəaliyyət göstərməyə başlayıb? Onların tərkibi necədir və səlahiyyətləri hansı çərçivədə müəyyən olunub?

İnkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkənin təcrübəsinə baxsaq, maliyyə sabitliyinə nəzarəti həyata keçirən mərkəzləşmiş qurumun yaradılması təcrübəsinin maliyyə böhranından sonraya təsadüf etdiyini görərik. Belə ölkələrə misal olaraq, ABŞ(2010), Türkiyə (2011), İsveç (2012), Niderland (2012); Almaniya (2013), Xorvatiya (2013), İslandiya (2014); Ukrayna (2015) və Belarusu (2016) misal göstərə bilərik.

Bu qurumlar səlahiyyətlərinə, üzvlərin sayına və rəhbərliyinə görə bir-birindən fərqlənir.

Belə ki, əksər ölkələrdə bu quruma böyük funksiyalar yüklənsə də, İsveç və Ukraynada Şuranın qərarı tövsiyyə xarakteri daşıyır.

Üzvlərin sayına görə isə ilk yeri ABŞ tutur – 12 üzv. Maliyyə Sabitliyi Şuralarnda üzvlərin minimal sayı 3-dür (Niderland, Belarus, İslandiya). Əksər ölkələrdə isə üzvlərin sayı 4 təşkil edir.

Əmanətlərin sığortalanması ilə məsul olan orqanın Maliyyə Sabitliyi Şuralarının tərkibində olması ABŞ, Türkiyə, Ukrayna və Xorvatiya təcrübəsində müşahidə edilir.

Həmçinin bu şuralara bəzi ölkələrdə hökmət (ABŞ, İsveç, İslandiya, Türkiyə), bəzilərində isə mərkəzi bank (Niderland, Xorvatiya) rəhbərlik edir. Ukrayna və Belarusda isə bu quruma rəhbərliyi hökümətlə mərkəzi bank birgə həyata keçirir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir