Search
69934540

Maliyyə Bazarlarına Nəzarət Palatası tariflərini açıqlayıb

8 iyun 2016-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.

İclası giriş sözü ilə açan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın özünü-maliyyələşdimə prinsipi əsasında fəaliyyət göstərdiyini və bu baxımdan göstərilən xidmət haqları və nəzarət subyektləri üzrə vahid çərçivənin müəyyən edilməsinin zəruriliyini vurğulayıb. Palatanın tarif siyasətinin və ayrı-ayrı xidmətlər üzrə tarif dərəcələrinin beynəlxalq təcrübə və mövcud vəziyyət nəzərə alınmaqla ədalətli və şəffaf prinsiplər əsasında müəyyən edildiyi diqqətə çatdırılıb.

Daha sonra Bankların sistem əhəmiyyətliliyinin müəyyən edilməsi metodologiyası təsdiq edilib.

İclasda bildirildi ki, hazırlanmış metodologiya bankların sistem əhəmiyyətliliyi, maliyyə göstəriciləri, inklüzivlik (maliyyə vasitəçiliyində rolu) və ölkənin bank sektorunun spesifikası nəzərə alınmaqla Beynəlxalq Hesablaşmalar Bankının bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi standartlar və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb.

Mənbə: bbn.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir