Search
403843897

Mərkəzi Bank növbəti dəfə depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı banklardan manat vəsaitinin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək. AMB-yə istinadən verilən məlumata görə, növbəti depozit hərracı iyulun 11-də saat 11-30-11-45-də Blumberq ticarət sistemində keçiriləcək.

AMB-nin şərtlərinə görə, hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:30-dur. Hərrac çərçivəsində 50 milyon manat depozitin cəlb edilməsi nəzərdə tutulur. Vəsaitlər 30 gün müddətinə, aylıq 4,01%-6,99% dərəcə ilə qəbul ediləcək. Qeyd edək ki, bu AMB-nin təşkil etdiyi 3-cü depozit hərracı olacaq. Bundan əvvəl iyulun 4-də keçirilən depozit hərracında AMB aylıq 5,96 % faiz dərəcəsi ilə 50 mln. manat cəlb edib. İlk depozit hərracı isə iyunun 13-də baş tutub. Həmin hərracda AMB planlaşdırdığı 150 milyon manat əvəzinə 129 milyon manat pepozit cəlb edə bilib. Həmin vəsaitlər aylıq 6,49% faiz dərəcəsi ilə yerləşdirilib.

Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir