Search
04901663

Lombardların fəaliyyəti dövlət nəzarətini zəruri edir

Azərbaycanda lombardların fəaliyyətinin nəzarətə götürülməsi təklif edilib. Azərbaycanda lombardların fəaliyyətinə dövlət nəzarəti tətbiq edilməlidir. Bu barədə Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.

«Dövlət lombardların fəaliyyətini nəzarətdə saxlamalıdır, çünki Azarbaycanda bu sahədə fırıldaq halları artıb. Məsələn, bəzi lombard sahibləri müxtəlif bəhanələr gətirərək müştərilərin girov qoyduqları əşyaları onlara qaytarmaq istəmirlər»-deyə deputat bildirib.

Onun fikrincə, bu sahəyə nəzarət üçün ayrıca nəzarət orqanı yaratmağa ehtiyac yoxdur, bu işi bir qədər əvvəl yaradılmış maliyyə bazarlarına dövlət nəzarəti Palatası həyata keçirə bilər.

Qeyd edək ki, son vaxtlar bank kreditlərinin verilməsi ilə bağlı müştərilərə qoyulan tələblər sərtləşdiyinə görə, lombardların populyarlığı artır. Bəzi ekspertlərin fikrincə, lombardlarda kredit götürməyin asanlığı əhalinin kreditlə həddən artıq yüklənməsinə səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir