Search
15ca4b4f4c4602318b5fe94ac0ca0efe_XL

Kreditləşmə qaydalarına ediləcək hansı dəyişiklikdən danışıldı

Yaxın zamanda Azərbaycanda kreditləşmənin mövcud olan qaydalarına təkmilləşmələr yolu ilə bəzi dəyişikliklər ediləcək. Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması indiki mərhələdə daha məsuliyyətli borclanma siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlıdır: “Pensiyaçılar üçün kreditlərin məhdudlaşdırılması tövsiyə xarakterlidir. Bu, istehlak kreditlərinin ümumi məhdudlaşdırılması çərçivəsində məhdudlaşdırılır. Bu mərhələdə yeni kreditləşmə qaydaları təsdiq olunanadək hər kəs bu tövsiyəni icraya qəbul edərək gözləmə mövqeyini seçib. Bu, bankların fəaliyyətinə təsir etməyəcək, əgər yüksək pensiya alan şəxslər varsa, onlara kreditin verilməsi davam etdiriləcək. Pensiyaçının aldığı məbləğ onun yaşayış minimumuna və aldığı borclara xidmət etməyəcəksə, gələcəkdə əlavə sosial gərginlik yaşanmasın deyə ona kredit verməmək daha doğru olar. Düzdür, bu gün pensiyaçılara verilən kreditlər üzrə gecikmələr çox aşağı səviyyədədir. Lakin məqsəd ondan ibarətdir ki, bu insanlar öz borclarına yaxşı xidmət edib, pis həyat sürməsinlər. Biz yaxın perspektivə yox, uzaq perspektivə baxmalıyıq. Bütün sahələrdə olduğu kimi  bu sahədə də post-neft iqtisadiyyatına uyğunlaşma prosesi gedir. Qadağanın müddətinin uzadılmasına gəldikdə isə çalışacağıq ki, bu müddət uzadılmadan qaydalar hazır olsun, banklar və aidiyyatı təşkilatlarla müzakirə edilsin və təsdiqləndikdən sonra tətbiq edilsin”.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir