Search
kredit faiz1

Kreditlərin ən çox artdığı sahələr açıqlandı – HESABAT

Mart ayında Azərbaycan banklarının kredit portfelinin həcmi 273,3 milyon manat və ya 1,7% artaraq 15 mlrd. 941,2 milyon manata çatıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilir.

Hesabata görə, bu dövrdə ticarət və xidmət sektoruna verilən kreditlər 32,3 mln. manat, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 1,4 mln. manat, aqrar sahəyə verilən kreditlər 7,3 mln. manat, inşaat və əmlak sektoruna verilən kreditlər 39,2 mln. manat, Sənaye və istehsal sektoruna verilən kreditlər 29,1 mln. manat, nəqliyyat və rabitəyə verilən kreditlər 49,6 mln. manat artıb. Bu dövrdə istehlak kreditlərinin həcmi 78,8 mln. manat artıb.

Ümumilikdə ilin əvvəlindən indiyədək bankların ümumi kredit portfelinin həcmi 518,3 mln. manat və ya 3,4% artıb. fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir