Search
images (3)

“Kreditlərin 30%-i dollarla, 70%-i manatla olsa daha yaxşıdır” – Süleyman Kələşov

Dollarla verilmiş kreditlərin devalvasiyadan sonra manat ifadəsində məbləğinin artması sahibkarlar üçün böyük problemlər yaradıb və bu problemlər hələ də qalmaqdadır. Bu açıqlama ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov çıxış edib. Onun sözlərinə görə, bu poblemlərin həlli üçün dollar keriditi olan şəxslərlə bağlı müəyyən qərarın qəbul edilməsi vacibdir: “Dollar kreditləri məsələsində güzəşt olunacaq. Məncə, bu məsələ hələ bağlanmayıb və hesab edirəm ki, bu məsələ ilə bağlı hər hansı qərar qəbul ediləcək”.

S.Kələşov onu da deyib ki, ölkədə verilən bank kreditlərində dolların payı ilə bağlı müəyyən limit qoyulmalıdır: “Mənim fikrincə, kreditlərin 30%-i dollarla, 70%-i manatla olsa daha yaxşıdır. Əvvəla, manat bizim dövlətin atributudur, digər tərəfdən manat kreditlərinin payının artması sahibkarlar üçün riskləri azalda bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir