Search
banknews.az_2016-04-12_08-39-43

“Kredit mütəxəssisi” – Vakansiya

“NIKOIL Bank” kiçik biznes kreditləşməsi qrupuna kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edib. 21-30 yaşlarında ali təhsilli (İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində təhsilə üstünlük verilir) bank və ya bank olmayan kredit təşkilatında iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 20-dir.

Namizədə dair tələblər
Ali təhsil (İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində təhsilə üstünlük verilir)
Yaş həddi : 21-30
Məsuliyyətli, dəqiq, etibarlı və detallara diqqət etmək qabiliyyəti
Analitik düşünmə və riyazı təhlil etmə bacarığı olmalı
Müştərilərlə ünsiyyət qurmaq bacarığı
Komandada işləmək bacarığı
Microsoft Office (xüsusən Word və Excel) proqramlarında işləmək bacarığı
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Azərbaycan dilində səlis danışmaq, rus dilində müəyyən səviyyədə biliyə malik olmaq
Bank sektorunda inkişaf etmək istəyi
Məqsədyönlü
Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük veriləcək
Ümumi iqtisadiyyat və bank işi üzrə ümümi biliklərin olması

İş barədə məlumat

İlkin təlim
Təlimin nəticələrinə görə rəsmi olaraq işə qəbul
Maaş + aylıq bonus
Təşkilatın kredit məhsullarını təbliğ edir və müştəriləri cəlb edir, birbaşa marketinq və satış funksiyasını həyata keçirir
Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir
Müştərinin biznesinin maliyyə təhlilini həyata keçirir
Kreditin verilməsi ilə bağlı sənədləşmə işlərini aparır
Kredit portfelinin keyfiyyətinə və geri ödənişlərə nəzarət edir

Şəhər – Bakı
Yaş – 21 – 30 yaş
Təhsil – Ali
İş təcrübəsi – 1 ildən aşağı

Müraciət etmək istəyənlər CV-lərini  hr@nikoil.az  elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

Telefon – (012) 981

E-mail – hr@nikoil.az

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir