Search
2016-06-14-17-33-593e302009ac058e6f7ee02ec1e5a27694_xl

Kredit imkanları məhduddursa, banklar necə gəlir əldə etməlidir?

“Banklar necə pul qazanır?” sualı ilə qarşılaşdıqda, çoxumuzun ağlında sadəcə kreditlərdən əldə edilən faiz gəliri canlanır. Lakin bankların fəaliyyətində əhəmiyyətli yeri olan qeyri-faiz gəlirlərini də yaddan çıxarmamalıyıq. Bildiyimiz kimi, banklar da bizneslə məşğul olan müəssisələrdir və biznes sahələrini birləşdirən yeganə bir məqsəd var-mənfəət. Bankların digər biznes müəssisələrindən fərqi isə əmtəəsinin pul olmasıdır. Yəni, bütün bunları ümumiləşdirsək, bankların pulları alıb sataraq mənfəət əldə edən biznes şirkəti olması nəticəsini əldə edərik. Bəs banklar bunu necə edir?

Gəlin, indi bu münasibətləri və bankların necə gəlir əldə etdiyini birlikdə öyrənək.

Primitiv Bank Üsulları

Hamımızın bildiyi kimi bankların fəaliyyətinin əsası pul borc almaq və borc verməkdir. Lakin bankların pul borc verərkən (kreditlər) tətbiq etdikləri faiz dərəcəsi borc alarkən (depozitlər) tətbiq ediləndən yüksəkdir və bu faiz dərəcələrinin yaratdığı fərq (faiz spredi) bank gəlirlərinə müsbət mənada təsir edir. Bəs insanlar nəyə görə borc alarkən daha çox faiz ödəməyə, borc verərkən isə daha aşağı faiz gəliri əldə etməyə razı olur? İzah çox sadədir. İlk növbədə faiz dərəcələri tamamilə tələb və təklifdən asılıdır. Yəni, nə qədər insan borc almaq istəyir və bank maksimum nə qədər borc verə bilər. Bütün bu tələb təklif münasibətləri mərkəzi banklar tərəfindən tənzimlənir və faiz dərəcələri müəyyən olunur. Bundan başqa isə “borc vermək” biznesi kifayət qədər risklidir və banklar heç bir zaman müştərinin borcunu ödəyib ödəməyəcəyindən tam əmin ola bilmir.

Bankların müxtəlifnövlü gəlir mənbələrinə overdraft (müştərinin razılığı ilə müəyyən faiz ödəyərək bank hesabında mövcud olan məbləğdən daha çox pul çəkmə imkanı əldə etməsi) və çek imkanları da aiddir.

Amma iqtisadiyyatda qeyri-müəyyənliklərin hökm sürdüyü dövrdə tələb-təklif əsasında müəyyənləşən tarazlıq faiz dərəcəsində belə banklar borc verməkdən çəkinirlər. İqtisadiyyatda kreditin məhdudlaşdırılması adlanan bu hadisə zamanı banklar qeyri-faiz gəlirlərini artırmağa çalışırlar.

İndi isə bankların qeyri-faiz gəlirlərini necə əldə etdiklərinə nəzər yetirək.

Bankların digər fərqli qazanc üsulları

  •  1. Xidmət haqları

bank_fees

Bankların fərqli bir qazancı üsulu olan xidmət haqları ilə çoxumuz tanışıq. Bankda hesab açmaq üçün müxtəlif xidmət haqları ödəyirik. Əlavə olaraq, fərdi müştərilərin hesablarına nəzarət etmək, pul köçürmələri, debit və ya kredit kartlarının verilməsi zamanı eləcə də, öz bankımızın yox, fərqli bir bankın bankomatından pul çəkərkən ödədiyimiz komisyon haqları da bu tip ödənişlərə aiddir. Ayrı-ayrılıqda düşündüyümüz zaman hər biri kiçik ödənişlər olsa da, ümumilikdə əhəmiyyətli bir məbləğ meydana çıxır. Bu isə pulumuzun daha etibarlı bir şəkildə qorunması üçün çalışan yüzlərlə bank işçisinin əmək haqqını ödəməyə yönəlir.

  • 2. Banklararası kreditlər

2

Daha bir populyar gəlir qazanma metodu kimi banklararası kreditləri göstərmək olar. Əgər bir bankın aktivlərində artıqlıq yaranırsa bunu istifadəsiz şəkildə saxlamaqdansa başqa bir banka borc verməklə gəlir əldə etmək daha məntiqlidir. Borc alan bank üçün isə üstünlük ondadır ki, hər hansı başqa bir mənbədən borc aldığı təqdirdə ödəyəcəyi faiz dərəcəsindən qat-qat aşağı məbləğ ödəyir.

  •    3. IPO əməliyyatları

ipo

İnvestisiya banklarının qeyri-faiz gəlirlərində bu qazanc növü əhəmiyyətli yer tutur. İnvestisiya bankları şirkətlərə investisiya qərarları barədə məsləhətlər verir, İPO (bir şirkətin səhmlərini ilk dəfə bazara çıxarmaq) əməliyyatlarının həyata keçirilməsində anderrayter rolunu oynayır və bütün bunlardan qazanc əldə edir.

  •  4. Aktivlərin hərracı

auction

Çox vaxt hər hansı bir şirkət və ya fərdi şəxslər öz borclarını qaytara bilmədikdə bank onların evini, maşınını, hətta bəzən ziynət əşyalarını satışa çıxarır. Bu zaman bankın cəlb edəcəyi vəsait  ödəmə müddətinin gecikməsi səbəbindən hesablanan faizlər və cərimələr hesabına artır.

  •   5.  Qiymətli kağızlarla ticarət

securitiescorporate-bonds

İnvestisya bankları başda olmaqla, bir çox banklar Foreks, əmtəə və qiymətli kağızlar bazarında treyder qismində iştirak edir və onlar bu xidmətlərlə maraqlanan əhəmiyyətli müştəri kütləsinə sahibdir.

Banklar da öz növbəsində bu xidmətlərdən əldə etdiyi qazancı başqa qiymətli kağızların alqı-satqısında istifadə edir.

  •  6. Maliyyə məsləhətləri xidməti

Image of two young businessmen using touchpad at meeting

İnvestisiya banklarının hal-hazırda geniş yayılmış pullu xidmətlərindən biri də yeni yaradılacaq şirkətlərə biznes planlarının hazırlanması, potensial investorların tapılması, maliyyələşdirmə problemləri ilə bağlı məsləhətlərin verilməsidir. Hər hansı bir şirkətin səhmlərinin alınması və ya bir neçə şirkətin birləşdirilməsi ilə bağlı məsələlərdə bankların məsləhətlərinə çox ehtiyac duyulur. Eyni zamanda bu xidmət dələduzluğun qarşısının alınması üçün də əhəmiyyətlidir.

  •      7. Kassa xidməti haqları

Safe-with-Open-Door_Silver-Trading-Company_iStock_000016460757_ExtraSmall

Bir çoxumuz əhəmiyyətli sənədlərimizi və ya qiymətli ziynət əşyalarımızı ev şəraitində saxlamaqdan narahat oluruq. Bu zaman banklar bizim köməyimizə çatır. Istənilən ölçüdə və böyüklükdə mövcud olan bank kassalarında bu əşyalarımızı saxlaya bilərik. Təbii ki, müəyyən haqq ödəməklə. Banklar bu xidmət üçün aylıq sabit məbləğ  və təmir, saxlanma xərcləri üçün də ayrıca haqqı alır. Kassaların saxlanması üçün heç bir insan gücünə ehtiyac olmadığından bu xidmət banklar üçün olduqca ucuz başa gəlir.

  •    8. Valyuta mübadiləsi

finance-512

Həmçinin, banklar əhaliyə, fiziki və hüquqi şəxslərə xarici valyutanın alqısı satqısı xidmətini də göstərillər. Bu zaman alış-satış qiymətləri arasındakı fərqlər onlar üçün əlavə gəlir yaradır.

Bütün kommersiya təşkilatlarında olduğu kimi banklar da iqtisadiyyata davam gətirmək, fəaliyyətini həyata keçirmək üçün mənfəətə ehtiyac duyur. Bankların qeyri-faiz gəliri yaradan əməliyyatları artırması iqtisadiyyatda qeyri-müəyyənliklərin hökm sürdüyü dövrdə riskləri  azaldır, həmçinin bankların xərclərinin ödənilməsini təmin edir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir