Search
5eb292fa26d5123b04a503090dfe4363_XL

“Kövsər Bank” üç həftəyə fəaliyyətə başlayacaq”

“Hələ “Kövsər Bank”ın gələcək planları barədə məndə məlumat yoxdur. Mənə yalnız texniki məsələləri qaydasına salmaq tapşırılıb”.

Bu sözləri “Marja”ya “Kövsər Bank”ın Baş mühasibi Kamil Rüstəmli bildirib.

“Kövsər Bankın” gələcək inkişaf planları barədə qərar qəbul etmək Bankın səhmdarlarının və İdarə Heyətinin səlahiyyətidir. İndi biz ilk növbədə, müştərilərə hesablaşma hesabı xidmətləri göstərmək üçün texniki problemləri aradan qaldırmalıyıq. Ödəniş sistemi yararsız vəziyyətdədir, SWIFT, XÖHKS-də müəyyən problemlər var, şəbəkə işləmir. Mənə bu problemləri həll etmək tapşırığı verilib”, – o deyib.

Kamil Rüstəmli qed edib ki, qarşıdakı 3 həftə ərzində texniki problemlər aradan qaldıracaq və bank fəaliyyətini bərpa edəcəkdir.

Bankın Baş mühasibi bildirib ki, lisenziyanın verilməsindən sonra qarşıda duran əsas məsələ nizamnamə kapitalının artırılmasıdır:

“Mərkəzi Bank lisenziyanı veribsə, deməli, kapital tələbi yerinə yetirilməlidir. Ola bilər, bu müddət baxımından fərqli olsun, amma nizamanmə kapitalımızı artırmalıyıq”.

Hazırda Bankın nizamnamə kapitalı 12,02 milyon manatdır.

Kamil Rüstəmli, “Kövsər Bank”ın İslam bankçılığı sisteminə əsasən fəaliyyət göstərib-göstərməyəcəyi barədə dəqiq məlumat verə bilməyəcəyini söyləyib: “Ola bilər islam bankçılığının müəyyən elementləri saxlanılsın. Amma tam dəqiq bir şey deyə bilmərəm, bir həftədən sonra rəhbərlik xaricdən qayıdacaq, onlar bütün planlarını Sizə açıqlaya bilərlər”.

Qeyd edək ki, Aprelin 9-da Azərbaycan Mərkəzi Bankı (AMB) “Kövsər Bank”ın lisenziyasını bərpa edib.

“Kövsər Bank” Azərbaycandakı ilk kommersiya banklarından biridir. Bank 1988-ci ildən etibarən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın əvvəlki adı “Universal Bank” olmuşdur. “Kövsər Bank” İslam bankçılıq sisteminə əsasən fəaliyyət göstərən Azərbaycanda ilk , MDB ölkələrində isə ikinci bankdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir