Search
photo_36741

Kinder şokolad qutuları üzərində qaçqın uşaqların şəkilləri olacaq

Uşaqlar üçün  şokolad məhsulları istehsal edən məşhur “Kinder” şirkəti qaçqın uşaqları dünyanın diqqət mərkəzində saxlamaq üçün qeyri-adi reklam aksiyası həyata keçirib.  Belə ki, uşaqların ən çox sevdiyi şokolad qutularının üzərində Suriyadan olan uşaqların şəkilləri olacaq. Bu günə kimi isə Slavyan görünüşlü uşaqların şəkilləri qutuları bəzəyirdi.

Şirkət tərəfindən keçirilən aksiyanı ictimaiyyət heç də birmənalı qarşılamayıb. “Pegida” adlı anti islam hərəkatının fəalları, kampaniya təşkilatçılarını alıcıları  “zombiləşdirmək”də ittiham ediblər. Şirkət  bildirib ki,  aksiyanın hədəfi dünyanı tolerantlığa çağırmaqdır. Onlar ksenofobiya və diskriminasiyanın istənilən formasına qarşıdırlar və elə buna görə də islamofob insanların fikirlərini birmənalı şəkildə rədd edirlər.

Mənbə: Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir