Search
dfa0a5ef934cf045b45d9c38961abe6f

“İran Khodro” Azərbaycanda tikəcəyi zavoddakı payını açıqlayıb

“İran Khodro” şirkəti Azərbaycanda tikəcəyi avtomobil istehsalı zavodunda 20%-lik paya sahib olacaq”.

Bunu “İran Khodro” şirkətinin baş direktoru Haşım Yeke Zare deyib.

Onun sözlərinə görə, “İran Khodro” zavodu Azərbaycanın özəl şirkətləri ilə tikəcək.

“Azərbaycandakı tərəfdaşlarımızla ilkin razılıq olunur və bir sıra məsələlər ətrafında müzakirələr davam etdirilir. Müzakirələrin tezliklə yekunlaşacağı gözlənilir. Tikiləcək istehsal müəssisəsində bir avtomobil montajı xətti istifadəyə veriləcək. Montaj xətti Azərbaycan tərəfinin investisiyaları hesabına yaradılacaq. Texniki mühəndislik işlərini isə İran tərəfi həyata keçirəcək. Azərbaycanın avtomobil istehsalı sahəsində sərmayə yatırmaq imkanı var ki, bu da qonşu ölkədə avtomobil istehsalı sahəsinin inkişafına səbəb olacaq. İran isə bunu illər öncə edib”, – deyə baş direktor qeyd edib.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir