Search
5

İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edib

2Azərbaycan Respublikası Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları daim diqqətdə saxlanılır, bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

1

Mayın 7-də İqtisadiyyat naziri Şahin Mustafayev Naftalanda Tərtər, Goranboy rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda nazir Şahin Mustafayev 50-yə yaxın vətəndaşın müraciətini diqqətlə dinləyib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

3

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, investisiya təşviqi sənədinin alınması, əczaçılıq fəaliyyəti üçün lisenziyanın verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların heyvandarlıq, balıqçılıq, üzümçülük, tikinti materialları, mineral sular, tara və mebel istehsalı, istixanaların yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, investisiyaların təşviqi ilə bağlı dövlət başçısının qərarlarından və görülən tədbirlərdən razılıqlarını ifadə ediblər.

4Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir