661643_483354

İpoteka kreditləri 2017-ə qaldı

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib.
Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapıb. Amma ipoteka kreditlərinin verilməsi hələ də reallaşmır.
Uzun illərdir evsizlərin gözlədiyi ipoteka kreditlərinin bərpası 2016-cı ilə nəzərdə tutulsa da, bank sistemində baş verən problemlərdən dolayı 2017-ci ilədək təxirə salınıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Vahid Əhmədov da Modern.az-a açıqlamasında mövcud problemlərin olduğunu təsdiqləyərək narahatlığını ifadə edib:
“İpoteka kreditləri üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıb. Dövlət büdcəsi normal icra olunmalıdır. Amma bank sistemində problemlər var. Manat devalvasiyaya uğradığı üçün ipoteka kreditlərinin verilməsində gecikmələr müşahidə olunur. Hazırda digər kreditlərin verilməsində də ciddi problemlər var. Amma ümumi götürəndə ipoteka krediti dövlət büdcəsində nəzərdə tutulubsa, icra olunmalıdır və problem yaşanmamamalıdır”.
İqtisadçı deputat ölkənin bank sistemində yaşanan problemlərdən dolayı Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankı ittiham edib:
“Banklardakı problemlər çox ciddidir. Yəqin ki, Milli Məclisdə də bununla bağlı məsələlərə toxunacağıq. Çox təəssüflər olsun ki, banklarda yaşanan problemlər öz həllini tapmır. Nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə də Mərkəzi Bank bu məsələlərlə ciddi məşğul olub ölkə başçısına düzgün məlumat verib, çıxış yolu göstərir. Ona görə də banklarda çox ciddi problemlər yaranıb. Kreditlər verilməsi dayandırılıb, dollar qıtlığı, hətta manat qıtlığı yaradılması prosesinə gedilir. Ona görə də Azərbaycanda faktiki olaraq pul-kredit siyasətinə cavabdeh olan Mərkəzi Bank bu məsələlərə aydınlıq gətirməlidir”.
Qeyd edək ki, aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); Elmlər doktoru elmi dərəcəsi olan şəxs; Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs”.
Modern.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir