Search
Iphone 6

“iPhone 6” Apple firmasının üzünü güldürüb

Dünyanın texnologiya liderlərindən olan Apple İyul – Sentyabr aylarının yekununda 42 milyard 120 milyon dollar gəlir əldə etdiyini açıqlayıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, şirkət bundan başqa 8 milyard 300 milyon dollar əlavə gəliri də büdcəsinə əlavə edib. Apple ilin rüblük gəlirini 40 milyard dollar olaraq proqnozlaşdırıb. 42 milyardlıq gəlir şirkətin keçən ilinin eyni rübü ilə müqayisədə 12.2 % çoxdur. Bu artıma biraz əvvəl satışa çıxarılan “iPhone 6” modelinin böyük təsiri olduğu bildirilir. Apple Sentyabrın 19-da satışa çıxardığı “iPhone 6 Plus” modelindən 3 gündə təxminən 10 milyon ədəd sataraq rekorda imza atmışdı. “iPhone”larla əldə edilən gəlirin 23 milyard 700 milyon dollar ilə ümumi gəlirin yarısından çoxunu əldə etdiyi vurğulanıb. “İphone” satışlarının şirkətin ümumi gəlirə əlavəsinin 21 milyard 500 milyon dollar olacağı planlanşdırılıb. Apple şirkətinin Gəlirlər üzrə direktoru Luka Maestri, proqnozları aşan 4-cü rüb gəliri ilə bağlı danışarkən çox yaxşı bir rübə yekun vurduqlarını açıqlayıb.

Qeyd edək ki, Apple şirkəti komputer satışlarında da keçən illə müqayisədə rekorda imza atıb. Belə ki, şirkətin komputer satışı 21 faiz artaraq 5 milyon 500 min ədədə çıxıb. Beləliklə, şirkət komputer satışında dünyanın 5 böyük şirkəti arasına girib.

Orxan Faiqov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir