Search
raziliq-2-421x280

İngilis şirkəti Azərbaycandakı iş adamları ilə əməkdaşlıqda maraqlıdır

“Medical Consultancy and Construction” şirkəti ilə Azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarlar arasında əməkdaşlıq imkanları genişlənib.
Şirkət dünyanın bir neçə ölkəsində fəaliyyət göstərir və  tibb sahəsində irimiqyaslı layihələrin – xüsusilə də stasionar, modular və mobil xəstəxanaların planlaşdırılması, layihələşdirilməsi və həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətdir. Şirkətin baş qərargahı Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşir. Bununla yanaşı, təşkilatın Türkiyənin paytaxtı Ankara və Perunun paytaxtı Lima şəhərlərində də ofisləri vardır.

“MCC Group” 150 illik təcrübəyə sahibdir və fəaliyyət göstərdiyi dünyanın bir çox ölkələrində xəstəxana layihələrinin maliyyələşdirilməsi və inşa edilməsində böyük təcrübəyə malikdir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir