Search
photo_25792

Hidrogen yanacağı ilə işləyən ilk hibrid tramvay istehsal edilib

Çində hidrogen yanacağı ilə işləyən dünyanın ilk müasir kommersiya hibrid tramvayı istehsal olunub.

Yeni tramvay ətraf mühiti çirkləndirmir, səs-küyü azdır, bərpa olunan enerji mənbələrindən istifadə edir, eləcə də yüksək effektivliyə və digər müasir üstünlüklərə malikdir.

Tramvayda maksimum enerjitutumlu batareyadan istifadə edilir. Bundan başqa, nəqliyyat vasitəsinin döşəmə hissəsi bütünlüklə aşağıda yerləşdirilib ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Asanlıqla idarə olunan tramvayın salonunda yerlərin sayı müştərilərin sifarişinə görə dəyişə bilər.

“Azərtac”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir