Search

Həyat sığorta şirkətləri bankların hesabına işləyir

Rusiyada həyat sığortası fəaliyyəti ilə məşğul olan şirkətlər sığorta haqqının 66%-ni bankların hesabına toplayırlar.

kreditxəbər Fins.az-a istinadən bildirir ki,  bu barədə Rusiyanın Federal Antiinhisar Xidmətinin (FAX) hesabatında bildirilir.

Hesabata əsasən, bankların həyat sığortasında rolunun artması onların ipoteka da daxil olmaqla, verdikləri kreditlər hesabına mümkün olub. Yəni, kredit təşkilatları borcalanların həyatını sığortalayır və bu da həyat sığortası məhsullarının satışında bankların aparıcı mövqedə olmasına gətirib çıxarıb. Bankların satışda payı artsa da, əvəzində ofislərdə birbaşa satışlar və agentlər vasitəsilə satışlar azalıb. 2012-2013-cü illərdə azalma müvafiq olaraq 40% və 20% təşkil edib.
Qeyd edək ki, Rusiya Bankı öz normativ aktlarına əsasən, könüllü sığortanın ayrı-ayrı növləri üzrə minimal şərt və qaydalar müəyyən etmək hüququna malikdir. Bu ölkənin Maliyyə Nazirliyində hesab edirlər ki, məhz həmin tələblərin müəyyən edilməsi sığorta məhsullarının kredit təşkilatları vasitəsilə satılmasını stimullaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir