Search
Ejder foto

“Hər bir bank və kredit təşkilatı öz insan resurslarına daha çox sərmayə qoyulmasını düşünür”

Mikro kreditlər üzrə ekspert , “KredAqro” BOKT-un  təlimçisi  Əjdər Məmmədovun “kreditxəbər”-ə xüsusi olaraq müsahibəsi!

 

 

 

 

 

 

 

 

 

Hal-hazırda mikro kreditlərin vəziyyəti necədir?

Bildiyimiz kimi son dövrlərdə kreditləşmə sahəsində mikro kreditlərin xüsusi bir payı vardır ve bu pay ildən-ilə artır. Buna da səbəb hal- hazırda bir çox ailələrdə əmək haqqı gəlirlərinin olmaması və ya olsa da kifayət qədər az olması kiçik ailə biznesi qurmağa zəmin yaradır ki, bu da öz növbəsində mikro kreditlər üçün münbit şəraitin artması deməkdir. Buna misal olaraq regionlarda ev təsərrüfatlarını,  şəhərlərdə isə səyyar ticarətlə məşğul olanları göstərmək olar.
 Əsasən  götürülən kreditlər  hansı sahəyə istifadə olunur ?
Mikro kreditlərin bu günkü “kredit bazarı”nda mühüm rol oynamasının əsas səbəblərindən biri də məhz verdiyiniz bu sualın cavabı ilə əlaqəlidir. Beləki, mikro kreditlər əsasən xırda sahibkarlara verilir və götürülən kreditlər biznesin inkişafı ilə yanaşı şəxsi məqsədlər üçün də istifadə olunur. Bu da öz növbəsində istifadəsinin genişliyinə görə digər kredit məhsullarından fərqlənir.
İstehlak kreditlərə nisbətən mikrokreditlərin ödənişlərində çətinliklər yaşanırmı?
Hesab etmirəm ki, mikro kreditlərin ödənişlərində çətinlik istehlak kreditlərindən çoxdur. Çünki bildiyimiz kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən bank və təşkilatlar müştərilərinə əksər hallarda annuitet (Sadə dildə desək ayda bir dəfə bərabər ödəniş) cədvəl təklif edir və ödənişin mənbəyi sahibkarlıq fəaliyyətindən olduqda mütəxəssislər tərəfindən əvvəlcədən təhlil olunur. Mikro kreditlərdən istifadə edən müştərilər bu ödənişi göstərdiyi fəaliyyət növündən asılı olaraq bir neçə günün dövriyəsindən əldə olunmuş vəsait hesabına edirlər. Beləliklə burdan aydın olur ki, əvvəlcədən dəqiq təhlil olunmuş ve düzgün istifadə olunmuş mikro kreditlərin ödənişlərində çətinlik olmur.

Mikrokreditlərdə faiz dərəcələri nə qədərdir və bu kredit növündən istifadə sahibkara xeyir edirmi?
Mikro kreditlərdə orta aylıq faiz 1,8%- 2,5 % təşkil edir. Bu göstərici təşkilat daxili siyasətə əsaslanaraq məbləg, təminat, valyuta və s. seçimi üzrə dəyişə bilir. Söhbət mikro kreditdən və sahibkardan gedirsə bu kreditlərdən istifadə edənlər əsasən pərakəndə ticarətlə məşğul olanlardır və satılan məhsulun maya dəyərinin üzərinə qoyulan “faiz “kifayət qədər xeyir gətirir. Əgər götürülən kredit dövriyyənin artırılmasına sərf olunursa və nəzərə alsaq ki, bu artım hesabına gələn gəlir də artır, deməli kredit bitdikdən sonra sahibkar qısa müddət ərzində öz şəxsi kapitalını mikro kredit hesabına artırmış olur.
Təkrar müraciət edən müştərilər asanlıqla öz məmnunluqlarını ifadə edə bilirlər.

Mikro kreditlərin  daha çox inkişaf etdirilməsinə ehtiyac duyulurmu?
Hesab edirəm ki, bu gün maliyyə təşkilatları arasında gedən rəqabətin nəticəsi olaraq mikro kreditlər kifayət qədər inkişaf etmiş və bazarda öz çəkisini artırmaqda davam edir. Bu da məhsulunun tələbata cavab verdiyinin göstəricisidir.
Kreditdə kadr potensialı nə vəziyyətdədir?
Fikrimcə hər bir bank və kredit təşkilatı öz insan resurslarına daha çox sərmayə qoyulmasını düşünür. Bu istiqamətdə görülən işlərdən biri də potensial kadrların axtarıb tapılması və onların inkişaf etdirilməsidir.
Bu gün ölkəmizdə kifayət qədər iqtisadi biliklərə malik savadlı gənclər vardır. İnkişafını düşünən bank və kredit təşkilatları gələcəklərini özləri yetişdirdikləri  potensial kadrlara etibar etmək fikrindədirlər. Bu mütəxəssislərin birbaşa müştərilərlə ünsiyyətdə olmalarını nəzərə alan təşkilatlar müxtəlif təlimlərin keçirilməsi zəruriliyini anlayırlar və bu sahəyə daha çox malliyyə yatırırlar.
www.taraz.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir