Search
manat 2

Hansı Banklar Manatla kredit verir?

Respublikada fəaliyyət göstərən banklar arasında kreditləşdirmə ilə bağlı sorğu keçirilmişdir. Müəyyən edilmişdir ki, bankların əksəriyyəti hazırda kredit vermir. Aktiv kreditləşmə həyata keçirən bankların əksəriyyəti bunu ABŞ dolları ilə icra edirlər.

Ölkədə fəaliyyət göstərən 37 bankdan sadəcə 7-si kreditləşməni manatla həyata keçirir.

Bankın adı Kreditləşmənin şərtləri
1 Beynəlxalq Bank Kredit manatla, maksimum 15 min manat olmaqla ayrılır. Əmək haqqı kartının sahibləri 1 illik müddətə illik 19%-lə, 1-3 illik müddətə illik 21%-lə kredit ala bilərlər. Pensiyasını bu bankdan alanlar isə 1 illik müddətə 20%-lə, 1-3 illik müddətə 22%-lə kredit götürə bilər.

Həmçinin digər bankla maaş alanlar da 1 illik müddətə illik 21%-lə, 1-3 illik  müddətə illik 23%-lə, 10 min manatdan çox olmamaqla borc ala bilərlər. Əmək haqqı və pensiyanın 2 mislindən, 5 min manatdan çox kredit üçün zamin tələb olunur.

2 Azər-Türk Bank Kredit yalnız maaşını bu bankın kartı ilə alanlara, həm manat, həm də dollarla ayrılır. Kreditin maksimal məbləği əmək haqqının 5 misli qədər, maksimum 10 min manat və yaxud dollardır. Kreditin illik faiz dərəcəsi manatla 1 illik müddət üzrə 18%, 2 illik müddət üzrə 20%-dir. Dollar kreditlərində isəfaiz dərəcəsi müvafiq olaraq 16-18%-dir. 1 zamin tələb olunur. Zamin də maaşını “Azər-Türk Bank”ın kartı ilə almalıdır.
3 Caspian Development Bank Kredit həm manatla, həm də ABŞ dolları ilə ayrılır. Manatla borc illik 24%-lə, maksumum 5 min olmaqla, 36  aya qədər müddətə verilir. 2 min manata qədər kredit üçün 1 zamin, 5 min manata qədər kredit üçün 2 zamin tələb olunur. Dollar kreditləri isə illik 20%-lə, maksimum 30 min manat ekvivalentində dollarla, 2 zaminlə ayrılır.
4 “Dəmirbank” Kredit həm manatla, həm də ABŞ dolları ilə ayrılır. Manatla borc 2 illik müddətə, illik 27-29% olmaqla, maksimum 10 min  manat olmaqla verilir. 1 zamin tələb oluna bilər. Dollarla kredit isə illik 19-28,5% olmaqla, maksimum 100 min dollara, 4 illik müddətə qədər ayrılır. Məbləğdən asılı olaraq 1 və yaxud 2 zamin tələb oluna bilər.
5 “Kapital Bank” Kredit maaşını və yaxud pensiyasını bu bankdan alanlara, maksimum 15 min manat olmaqla verilir. Kreditin illik faiz dərəcəsi 27-28%, müddəti maksimum 36 aydır.
6 İran Milli Bankının Bakı filialı Kredit yalnız manatla, daşınmaz əmlak girovu ilə, 2 ilə qədər müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi 21%, maksimal məbləği 10 min dollara ekvivaklent manatdır.
7 “Unibank” Kredit yalnız manatla, təkrar müştərilərə, 1 ilə qədər müddətə ayrılır. Zamin tələb olunmur. Kreditin illik faiz dərəcəsi 25-29%, maksimal məbləği isə 5 min manatdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir