Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Azər-Türk Bank”dır. Bu bankda Amerika valyutası 1,6195 manata alınır.
Dollar qiymətləri
Dolları ən aşağı qiymətə alan bank isə “Naxçıvanbank”dır. Bu bankda alış qiyməti 1,5485 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti də “Dekabank”dadır. Bank dolları 1,6350 manata satır. Dolları ən yüksək qiymətlə satan banklar isə “Azərbaycan Beynəlxalq Bankı” və “Muğanbank”dır. Bankda satış qiyməti 1,6745 manatdır.
Avro qiymətləri
Avronu ən baha alan banklar “Nikoylbank”dır – 1,75 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Muğanbank”dır – 1,6992 manata. Avronu ən ucuz “Dekabank” satır – 1,77 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,8407 manata.
Mənbə: Fins.az