Search
businessman taking a nap at his desk wearing a sleep mask

Gündüz yuxusu orqanizmə ziyandır

Nahardan sonra bir-iki saat mürgüləmək insan sağlamlığına xeyli ziyan vura bilər.

“The Telegraf” xəbər verir ki, ABŞ-ın Minnesot ştatının Meyo klinikasından olan tədqiqatçılar bu qərara gəliblər.

Tədqiqatçılar öz işlərinin nəticələrini hər il keçirilən hipertoniyanın öyrənilməsi üzrə Amerika cəmiyyəti konfransında təqdim ediblər.

Mütəxəssislər müəyyən ediblər ki, gündüzlər yatan insanlar gecəyədək gümrah olan şəxslərdən 13-19 faiz daha çox yüksək qan təzyiqindən əziyyət çəkirlər.

Yüksək qan təzyiqi ürək tutması və iflic ilə nəticələnə biləcəyi ilə təhlükəlidir.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir