Yeni Karma Revero hibrid sportkarında dam əvəzinə günəş batareyaları olacaq.
Şirkətin açıqlamasında bildirilir ki, günəş batareyaları avtomobilin hərəkəti üçün kifayət qədər enerji verir. Karma Revero-nun daha bir xüsusiyyəti öndən və arxadan avtoistehsalçının loqotipinin əl ilə çəkilmiş nişanları olacaq. Yeni model eksklüziv avtomobil olaraq təqdim edilir. Revero yenilənmiş multimedia sistemi ilə təchiz olunub. Karma Revero-nun rəsmi debütü sentyabrın 8-də Kaliforniyada Laquna-Biçdə baş tutacaq.
Qeyd edək ki, Karma Automotive şirkəti Wanxiang Çin konserni tərəfindən alınmış Fisker Automotive-dir. Şirkət ildə 3 minə yaxın hibrid maşın buraxmağı planlaşdırır.