Search
Sahibkarlığa-Kömək-Milli-Fondu

Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il mayın 19-da Goranboy rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  • südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması;
  • intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
  • gips əsaslı üzlüklər və dam örtükləri istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir