Search
715ea71210ac6b437cc686fb4ed4adb7_XL

“Golden Pay”, “Bank Standard”ın kredit vasitəçisi oldu

Bu gündən etibarən “Bank Standard” müştəriləri www.hesab.az internet portalının elektron xidmətlərindən faydalana bilər. Bu, “Bank Standard” ilə “Golden Pay” onlayn ödəmə provayderi arasında imzalanmış saziş nəticəsində mümkün olub.Bu barədə “Marja”ya “Golden Pay” şirkətindən bildirilib.

Beləliklə, indi “Bank Standard” müştəriləriwww.hesab.az vasitəsilə aşağıdakı onlayn əməliyyatları rahat həyata keçirə bilərlər:

– Kredit ödənişi: onlayn ödəniş bankı ziyarət etmədən, birbaşa evdən və ya ofisdən ödəməyə şərait yaradır.

– Kredit sifarişi : onlayn sifariş banka baş çəkmədən, növbəsiz və vaxt itkisinə yol vermədən kredit almaq imkanı verir.

Onlayn ödəniş və kredit sifarişi üçün saytın “Bank və Lizinq” bölməsinə daxil olub, “Bank Standard” bölməsini seçmək tələb edilir.

www.hesab.az vasitəsilə ödənişlər sürətli, rahat və təhlükəsizdir. “Hesab.az” portalında aparılan əməliyyatlar zamanı ödənişlərin təhlükəsizliyi müasir şifrələnmə texnologiyaları vasitəsilə yaradılır.

“Hesab.az” portalında sadə qeydiyyat prosedurunu keçdikdən sonra hər bir istifadəçi istədiyi zaman bank xidmətlərindən onlayn yararlana bilər. Bunun üçün yalnız istifadə müddəti bitməyən və balansında kifayət qədər vəsaiti olan bank kartı tələb olunur. İnternet portal həftənin 7 günü, günün 24 saatı fəaliyyətdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir