Search
photo_42300

Gələcəyin avtobusları – Maşınlarin üzərindən keçəcək – VİDEO – FOTOLAR

Futuristik konseptlər hər zaman diqqət cəlb edir. Əgər bu konseptlər bizim gündəlik həyatımıza rahatlıq gətirirsə, onlara qarşı diqqət də təbii olaraq birə-beş artır. Bu yaxınlarda sosial şəbəkələrdə videolar vasitəsilə gördüyümüz yüksəldilmiş gövdəli ən son texnologiyalara uyğun avtobusu da bu konseptlərdən ən maraqlısı hesab etmək olar. Çünki, bu bizim gündəlik problemlərimizdən biri olan tıxaclar üçün əsl möcüzəvi həll kimi görünür.

İlk dəfə bu avtobusu Çinin Pekin şəhərində keçirilən Yüksək Texnologiyalar Sərgisində görə bildik. Mühəndislərin dediyinə görə, bu avtobuslar təxminən dəmir yolu prinsipi ilə işləyəcəklər, lakin inşaatı qat-qat ucuz başa gələcək. Avtobusların təkcə mükəmməl dizaynı deyil, həm də mövcud yolların infrastruktuna uyğunluğu hər kəsin ürəyincə olub. Bir sözlə, bu avtobus yolları üçün heç bir əlavə tunelin tikintisinə ehtiyac yoxdur.

“pahoo.az”

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir