siaphoto_541207

Gəncədə gənclər üçün treninq keçirilib

Sentyabrın 27-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 3 saylı peşə liseyində gənclər üçün treninq keçirilib.

“Biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, treninq iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir