Search
c

Fotoqrafların nəzərinə!

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində  foto müsabiqə həyata keçirilir.
A

Layihənin məqsədi Azərbaycana gələn turistlərdə ölkə haqqında tam, dolğun fikir formalaşdırmaqdan, Azərbaycan turizminin inkişafına dəstək verməkdən,  Azərbaycana turist axınına yardım etməkdən, ölkənin ekologiyasını, mədəniyyətini, bütün mənəvi dəyərlərini dünyaya lazımınca tanıtmaqdan ötrü qədim və müasir ən yaxşı memarlıq abidələrinin, incəsənətinin, mədəniyyətinin, təbiətinin gözəl guşələrinin, yeni səhiyyə və turizm obyektlərinin fotoşəkillərini kataloq halına salıb dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.b

Foto müsabiqədə iştirak etmək istəyən fotoqraflara işin məğzi barəsində tapşırıqların verilməsi məqsədi ilə 01.06.2016-cı il tarixində bir günlük təlimə cəlb olunacaq. Müsabiqə zamanı fotoqrafların təqdim etdikləri fotoların içərisindən layihə heyəti (ekspertlər) tərəfindən lazımi materiallar seçilərək “Yeni Azərbaycan” adlı kataloqa daxil ediləcək və əldə olunmuş şəkillərdən hazırlanmış fotolardan sərgi təşkil olunacaq.

Sərgidə əvvəlcədən ekspertlər tərəfindən müəyyənləşdirilmiş qaliblərə mükafatlar və diplomlar təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər 25 may 2016-cı  il tarixədək (051) 291-72-25,  (012) 563-25-30 telefon nömrələrinə zəng edə və ya dtid@rambler.ru elektron ünvanına eləcədə Facebook: “Dtid İctimai Birlik” səhifəmizə müraciət edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir