Search
13394111_10153705394676238_5339157856520671994_n

Finalçıları tap, Avropaya səyahət et!

Futbol üzrə Avropa çempionatının finala çıxan iki komandasını və hesabı tapan ilk 3 nəfəri bizdən möhtəşəm hədiyyələr gözləyir.

1-ci yer – AVRO 2016 qalibi olan ölkəyə Unibankdan səyahət paketi;

2-ci yer – AVRO 2016-da ikinci yeri tutan ölkənin rəsmi forması

3-cü yer – AVRO 2016 rəsmi topu

Növbəti 7 yeri tutan iştirakçıları isə Unibank-dan maraqlı hədiyyələr gözləyir.

Şərtlər çox sadədir, YAXINDAN TANIŞ OLUN.

– Unibankın Facebook səhifəsi iştirakçı tərəfindən LİKE olunmalıdır.

– Bu post iştirakçı tərəfindən öz Facebook səhifəsində PAYLAŞılmalıdır.

– Finala çıxan iki komandanın adını və final oyununun hesabını düzgün və ən tez yazmalıdır.

– Cavablar bu postun altında yazılmalıdır.

– Cavabın sonunda şəxsiyyət vəsiqəsindəki real ad, soyad və ata adını yazmalıdır.

Misal: “Fransa-İspaniya (2:1). (Əliyev Tofiq Eldar oğlu)”.

-Viktorinada yalnız əsas vaxtda qeydə alınmış hesab nəzərə alınacaq (əlavə 30 dəqiqə və ya penalti zərbələri daxil deyil)

– Yaşı 18-dən yuxarı olan Azərbaycan Respublikasının hər bir vətəndaşı viktorinada iştirak edə bilər.

– Qaliblər ilk düzgün cavab yazan şəxslər olacaqlar.

– Hər kəs oyunda yalnız 1 dəfə iştirak edə bilər

– Sonradan redaktə olunmuş cavablar qəbul edilməyəcək.

– Əgər 1-ci yerin qalibi səyahət paketindən imtina etsə və ya hər hansı səbəbdən gedə bilməsə, qalib sonrakı yerin sahibi sayılacaq. Səyahət paketi qalibin adına alınacağı üçün başqasına hədiyyə edilə bilməz.

– Unibank-ın işçiləri viktorinada iştirak edə bilər, amma qalib ola bilməzlər. Bağışlayın 😉

QEYD: Xahiş edirik, oyunun şərtlərinə əməl edəsiniz. Bu qaydalardan birinə əməl etməyən şəxs düzgün cavab versə belə, qaliblər siyahısına daxil edilməyəcək.

Viktorinanın cavabları iyunun 22- dək qəbul ediləcək. Qaliblərin adları 12 iyul 2016-cı il tarixdə açıqlanacaq.

Hər birinizə ugurlar arzu edirik!

Futbol həyəcanını Unibank-la yaşayın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir