Search
The corner stone of The New York Federal Reserve Bank is seen in New York's financial district March 25, 2015.  REUTERS/Brendan McDermid

Faiz artırılması yenə gündəmdə

Nyu-York Fed sədri William Dudley Fox Business-ə açıqlamalıar verib. Dudley, bazarların pilləli faiz artırmağın lazımlılığını mənimsədiyini və faiz artırımı vaxtının yaxınlaşmaqda olduğunu söyləyib.

Dudley, Sentyabrda FOMC yığıncağında faiz artırmağın mümkün olduğunu deyib.

Dudley, inflyasiya görünüşünün son dövrlər çox dəyişmədiyini qeyd edib və ABŞ iqtisadiyyatının 2-ci yarımildə ilk yarımillə müqayisədə daha yaxşı performans göstərəcəyini söyləyib.

Dudley, ABŞ-da prezident seçkilərinin Fed qərarlarına təsiri olmayacağını söyləyib.

“Əgər Fed faiz artırsa bu iqtisadiyyat yaxşı getdiyi üçündür. Seçki qeyri-müəyənliyinin iqtisadiyyat üzərindəki təsiri haqqında qərar vermək çətindir. Seçkilər ən pis ehtimalla sərmayələri təxirə sala bilər” – o deyib.

Dudley, Brexit-ə qarşı bazar reaksiyasının çox qısaömürlü olduğunu söyləyib, Brexit-in dünya iqtisadiyyatı üzərində səbəb olacağı təsirlərin hamısını qiymətləndirmək üçün hələ erkən olduğunu bildirib.

Dudley, Çin iqtisadiyyatının zaman içərisində yavaşlamasının daha əvvəldən gözlənildiyini ifadə edərək, Çində iqtisadi artım yavaş olsa da, yenə də yaxşı bir səviyyədə olduğunu söyləyib və Çində yaxın dövrdə bir şok gözləmədiyini ifadə edib.

Dudley, pul siyasətlərinə çox bel bağlandığını qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir