Search
ExpressPay

“ExpressPay” terminallarında yeni xidmətlər

“ExpressPay” ödəniş terminallarına müştərilərin rahatlığı məqsədilə bir sıra elektron pul kisələri (PayPal, VISA Qiwi wallet, Wallet One, CashU, WebMoney, Яndex деньги və s.), xarici mobil operatorlar (МТС, Beeline, Geocell, Velcom və s.) üzrə balansların artırılması, lisenziyalı antivirusların (Avira, Dr.Web, Nod 32) alınması, həmçinin www.turbo.az saytı üzrə ödəmələr əlavə olunub. Bu barədə fins.az-a “Expressbank”dan bildirilib. Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişləri, EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom–BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir