Search
kovser_bank_logo_240414

Elman Rüstəmov: “Kövsərbank” üçün kapitala qarşı minimum tələbə əməl edilməsi üzrə heç bir imtiyaz olmayacaq

Kapitala qarşı minimum tələbə əməl edilməsi üzrə “Kövsərbank” ASC-yə heç bir imtiyaz verilməyəcək.kreditxəbər-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bankın lisenziyası dayandırılıb, lakin onun kapitalı müəyyənləşdirilmiş minimumdan xeyli aşağıdır: “Biz kapitalın artırılması üzrə fərdi proqrama uyğun olaraq bankın nümayəndələri ilə işləyirik”.

E.Rüstəmov qeyd edib ki, kapitala qarşı minimum tələb üzrə möhlət artıq ölkənin bütün banklarına təqdim olunub və ona yenidən baxılmayacaq.

Qeyd edək ki, AMB-nin 2012-ci il 25 iyul tarixli qərarı bankların məcmu kapitalının 2014-cü il yanvarın 1-dək 5 dəfə (10 milyondan 50 milyonadək) artırılmasını nəzərdə tuturdu. Sonradan bu müddət 2014-cü ilin sonunadək uzadıldı.

“Kövsərbank”ın lisenziyası isə 2010-cu ilin sonunda ləğv edilmişdi. Belə qərar minimum məcmu kapitalla bağlı tələblərin yerinə yetirilməməsi, bank qanunvericiliyinin pozulması, eləcə də etibarlı və prudensial qaydada cari fəaliyyətin idarə olunmaması ilə bağlı qəbul edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir