Search
pul-kredit

Əhali krediti banklara qaytara bilmir- Statistika

Azərbaycanda əhali 1 milyard manata yaxın krediti banklara qaytara bilmir. 

 Dövlət Statistika Komitəsinin məlumatına görə, maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği bu ilin iyun ayının 1-nə 16.6 milyard manata çataraq, ötən ilin iyun ayının 1-nə nisbətən 23.8 faiz artıb. Verilmiş kreditlərin 13 milyard manatı uzunmüddətli olub. Amma 905 milyon manat kreditin ödəmə vaxtı keçib.

Komitədən o da vurğulanıb ki, əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 12.8 faiz artaraq, iyun ayının 1-nə 6.6 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.4 milyard manat olub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir