Search
duracaqlarinda-kontaktsiz-odenis-sisteminden-istifade-olunacaq_15709dff66078c-xebervar_com

Duracaqlarda kontaktsız ödəniş sistemindən istifadə olunacaq

May ayının sonuna qədər Bakıda bələdiyyə avtomobil duracaqlarında kontaktsız ödəniş metodundan istifadə olunacaq.

Bu barədə layihəyə yaxın mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, bələdiyyə duracaqlarında layihənin reallaşdırılması üzrə artıq razılıq əldə olunub. Həmçinin, özəl duracaqlarda da bu yeni ödəniş metodundan istifadə edilməsi üçün danışıqlar aparılır.

Ödəniş duracaqlarda, Bakı Metropolitenində və Azərpoçt məntəqələrində satılacaq xüsusi stikerlər vasitəsilə həyata keçiriləcək: “Stikerin dəyəri – 0,5 manat olacaq. Lakin ilkin sınaq dövründə onlar pulsuz paylanılacaq. Stikerin balansını mobil telefondakı elektron balans hesabına artırmaq mümkün olacaq”.

Mənbə: Trend.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir