Search
7E79EACF-CFB6-461E-A1A7-5D87DC46FFB3_w640_r1_s

Dünyanın nəhəng bankların aktivləri ən yüksək həddə

Dünyanın ən böyük 6 mərkəzi bankının cəmi aktivləri, son 10 ildə 239%-lik artımla 4,9 trilyon dollardan 16,9 trilyon dollara çıxaraq bütün zamanların rekordunu qırıb.

ABŞ Milli İnflyasiya Birliyinin (NIA) göstəricilərinə görə, ABŞ Mərkəzi Bankı (Fed), Avropa Mərkəzi Bankı (ECB), Yaponiya Mərkəzi Bankı (BOJ), İsveçrə Mərkəzi Bankı (SNB), İngiltərə Mərkəzi Bankı (BOE) və Çin Mərkəzi Bankının (PBOC) birlikdə aktivləri, ötən ilin may ayında, 2006-cı ilin eyni ayına nisbətən 239 faiz artaraq 4,9 trilyon dollardan 16,9 trilyon dollara çıxıb.

Sözügedən bankların cəmi aktivləri, pul siyasətini idarə etdikləri ölkələrin cəmi ümumi daxili məhsullarının (ÜDM) təxminən 36%-nə çatıb. Bu nisbət 2006-da 14,3 faiz səviyyəsində idi.

Son vaxtlar Çin, iqtisadi artım sürətinə dair narahatçılıqlara görə qlobal bazarlarda həyəcanla təqib edilir. Çin Mərkəzi Bankı, bütövlükdə 5 trilyon 497 milyard dollarla ən çox aktivə malik bank olaraq diqqəti çəkir. Həmin aktivlər bu ölkənin 2015-ci il ÜDM-nin 52,92%-nə bərabərdir. Bu nisbət 10 il əvvəl Ümumi Daxili Məhsulun 56,31%-nə uyğun gəlirdi.

Dünyanın ən böyük iqtisadiyyatı ABŞ-ın pul siyasətini idarə edən Fedin cəmi aktivləri 4 trilyon 495 milyard dollarla ölkənin ÜDM-nin 25,41%-nə çatır, bu nisbət 2006-da 6,17 faiz səviyyəsində idi.

Yaponiya Mərkəzi Bankının aktivləri 2 trilyon 834 milyard dollarla ölkənin keçən ilki ÜDM-nin 70%-inə çatıb, bu nisbət 2006-da 24,27 faiz səviyyəsində idi.

Avro Bölgəsi iqtisadiyyatını canlandırmaq üçün faiz endiriminə gedən Avropa Mərkəzi Bankının ümumi aktivləri də 2 trilyon 820 milyard dollara çatıb.

Ölkədəki faizləri neqativdə saxlayan İsveçrə Mərkəzi Bankının cəmi aktivləri də 609 milyard dollar olub. Bankın aktivləri ölkənin ÜDM-nin 88,42%-nə çatır. Bu nisbət 2006-cı ildə 19,82 faiz səviyyəsində idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir