Search
photo_56760

Dünyanın ən zəngin adamlarının siyahısı açıqlanıb

“Microsoft”un yaradıcısı Bill Geyts “Bloomberg Billionaires Index”in versiyasına görə, dünyanın ən zəngin adamı seçilib.

B.Geytsin var-dövləti 89 milyard dollar qiymətləndirilib.

İkinci yerdə “İnditex” pərakəndə şirkətlərinin rəhbəri Amansio Orteqa (73 milyard dollar) qərarlaşıb. “Amazon” onlayn alış-veriş şəbəkəsinin təsisçisi Ceff Bezos (65,1 milyard dollar) 3-cü pilləyə yüksəlib. “Berkshire Hathaway Inc.” şirkətinin rəhbəri Uorren Baffeti (65 milyard dollar) isə xeyriyyəçiliyə 2,9 milyard dollar sərf etdiyindən dördüncü sıraya düşüb.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir