Search
photo_32529

Dünyada çay çox içilir, yoxsa qəhvə? – Siyahıda Azərbaycan da var

“Euromonitor International” dünyada çaya, yoxsa qəhvəyə  üstünlük verən ölkələrin adını açıqlayıb.

“The İndependent” xəbər verir ki, aparılan tədqiqatlara əsasən, Özbəkistan sakinlərinin 99.6 faizi  çay içməyə üstünlük verir.  Qvatamelada isə əksinə, 99.6 faiz əhali qəhvə  içməyə üstünlük verir.

Çaya bağlı olan ölkələrin arasında ilk yeri Keniya 99.2 faizlə tutub. Daha sonra  Azərbaycan (99,1%), Pakistan (99%), Çin (98,9%) və Misir (98,5%) gəlir.

Dominiko Respublikasının 99 faiz sakini qəhvəyə  üstünlük verir. Daha sonrakı yerləri  Braziliya və Ekvador (97,4%), Yunanıstan (96,8%), Danimarka (92,2%) tutur.

Estoniya və Polşa sakinlərinin isə çay və qəhvəyə marağı  təxminən bərabər bölünüb-49 və 51 faiz.

 Mənbə: Eurasia Diary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir