Search
mg3

Dünya Bankı Bakı-Şamaxı yolunun tikintisinə 140 milyon dollar ayırıb

Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi məqsədi ilə Azərbaycana 140 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb.

Bu barədə Dünya Bankının mətbuat xidməti xəbər verib.

Məlum olduğu kimi, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun dörd zolağadək genişləndirilməsi üçün bankdan əlavə maliyyə vəsaiti almaq üçün müraciət etmişdi.

Mətbuat xidmətinin məlumatındа həmçinin bildirilir ki, Dünya Bankı eyni zamanda Belarusa büdcə vəsaitlərinin idarəetməsi sisteminin təkmilləşdirilməsi üçün 10 milyon ABŞ dolları ayırıb.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir